32 C
Bakı
18 İyul 2025 09:57
DünyaSiyasət

Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək

Rusiyada Azərbaycanın mədəni tədbirlərinin ləğv edilməsi Moskva ilə son gərginlik fonunda diqqət çəkib. Belə ki, Dövlət Akademik Rus Dram Teatrının Novosibirsk şəhərində planlaşdırılan tamaşaları təxirə salınıb. Qərar Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsindən sonra rəsmi Bakının mədəni tədbirləri dayandırmasına cavab kimi şərh edilir. Kremlin bu cür addım atması bir növ təzyiq vasitəsi kimi qəbul olunur. Bildirilir ki, hazırkı hadisələr iki ölkə arasında qarşılıqlı proseslərin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər.

Rusiya mədəni tədbirləri ləğv etməsi ilə hansı mesajları verir? Gərginliyin bu forması nə vaxta kimi davam edəcək?

Tacxeber.com xəbər verir ki, globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Rusiyada Azərbaycanın mədəni tədbirlərinin təxirə salınması ironik haldır və təəccüb doğurur:

“Moskvanın yanaşması anlaşılan deyil. Çünki Rusiya vətəndaşı olan və orada yaşayan miqrant azərbaycanlılar təhqir edilir, onların milli hissləri alçaldılır, təqiblərə, həmçinin müxtəlif bəhanələrlə zorakılığa məruz qalırlar. Bunların fonunda Azərbaycanın mədəni tədbirləri təxirə salınır. Əslində bu, Rusiyanın özünə qarşı atdığı bir addımdır.

Çünki heç bir sivil dövlət öz vətəndaşlarını milli mənsubiyyətinə görə cəzalandırmamalıdır. Digər tərəfdən, Moskva sevinməlidir ki, Azərbaycanda Rus Dram Teatrı fəaliyyət göstərir və Federasiyanın müxtəlif şəhərlərinə qastrol səfərləri edir.

Bu teatr rus dilinin və mədəniyyətinin təbliğatını aparan bir qurumdur. Kremlin belə bir teatrın tamaşalarını təxirə salması öz mədəniyyətini və dilini təbliğ edən bir təşəbbüsə qarşı çıxması deməkdir. Bu, böyük bir hikkə və imperialist ambisiyanın təzahürüdür”.

Tacxeber.com

Oxşar xəbərlər

Xameneyinin qardaşı qızı həbs edildi – KİV

redaktor

İndi də Çexiyalı nazir vətəninə qayıda bilmir.

admin

Bu gün Avropa Liqasında həyəcanlı yarımfinal oyunları keçiriləcək.

admin