CəmiyyətSağlamlıq

İsti havalarda çoxunun etdiyi SƏHV – “Skvoznyak”

Nəyə səbəb ola bilər?

İstidə hava axınında qalmamaq lazımdır, çünki bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə, həmçinin miyozit və nevralgiyaya səbəb ola bilər.

Tacxeber.comxəbər verir ki, bunu terapevt-həkim Svetlana Burnatskaya deyib. Onun sözlərinə görə, bir çox insanlar soyuq havanın orqanizmə olan təhlükələrini unudurlar.

“Bədən qəfil soyuduqda, açıq havada və ya qapalı məkanda sərin havaya məruz qaldıqda, qoruyucu mexanizm – immunitet işə salınır. Bədənin müəyyən bir sahəsinə yönəldilmiş soyuq hava axını ciddi problemlər yarada bilər “, – deyə həkim vurğulayıb.

Həkim hava axınının (skvoznyak) yaratdığı fəsadların sinir sisteminə və əzələlərə təsir edə biləcəyinə diqqət çəkib. O əlavə edib ki, ən həssas nahiyələr baş və boyun ola bilər. Bundan əlavə, bədənin müəyyən bir sahəsinə yönəldilmiş “skvoznyak” ilə iltihablı proses baş verə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Harvardda pulsuz oxudu, “Nature”da məqaləsi çap olundu – 23 yaşda “Meta”dadır

admin

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda diqqətli olun!

redaktor

“Gah müharibə iştirakçılarının siyahısını hazırlaya bilmirlər, gah medalları verib bitirə bilmirlər, gah da…”

redaktor