“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəlik poliomielit xəstəliyidir”.
Tacxeber.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir.