CəmiyyətGündəmHadisəİqtisadiyyatMaraqlı

Deputat Mehriban Vəliyevanın yalanı faktlarla

Deputat Mehriban Vəliyeva iddia edib ki, Azərbaycan ailələri uzunömürlü olurlar və buna görə şanslı xalqımız var.

“Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.

 2011-ci ildə ölkədə nikahların sayı 88145 idisə, 2024-cü ildə bu rəqəm 49508-ə düşüb.

2013-cü ildən 2023-2024-cü ilə qədər Azərbaycanda boşanmaların sayı artıb və hər min nəfərə düşən nisbət 1.2-dən 2.1-ə yüksəlib.

Dünyada orta boşanma nisbəti 1.8-dir. Yəni Azərbaycanda boşanma sayı normadan bir qədər artıb.

Azərbaycanda orta nikah müddəti təxmini 10.4 ildir. Bu müddətin ortalama statistikası dünya üzrə yoxdur.

Lakin Azərbaycan orta nikah müddətinə görə qonşu ölkələrdən Rusiya və İrandan öndə olsa da, Türkiyə, Ermənistan və Gürcüstandan geri qalır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası əsasən yanlışdır. Siz nə düşünürsünüz?

Mənbə: Fakt Yoxla

Tacxeber.com

Oxşar xəbərlər

“Pekin bu bölgənin resurslarından istifadə edə bilmir” – Elxan Şahinoğlu

admin

Məktəbdə Puşkin faciəsi: klassikanın anlaşılmadığı dərslər

redaktor

Etiraz : “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar” – Video

admin