37 C
Bakı
13 İyul 2025 17:25
CəmiyyətDünya

Rusiya daha bir azərbaycanlını vətəndaşlıqdan çıxardı – Atası və qardaşı saxlanıldı

Rusiya vətəndaşlığından çıxarılan azərbaycanlı bloger Sübhan Məmmədova (Subo) haqda cinayət işi açılıb.

Tacxeber.com musavat.com-a istinadla xəbər verir ki, S.Məmmədov 50 milyon rubldan çox məbləğdə vergidən yayınmada və “çirkli pulların yuyulmasında” şübhəli bilinir.

Blogerinin qardaşı Samir Məmmədov artıq Moskva vilayətində saxlanılıb. Müstəntiqlərin fikrincə, o, qardaşı Dubaya qaçdıqdan sonra onun əmlaklarını- Moskvada bir neçə mənzil və bir sıra premium avtomobilin satmağa kömək edib.

Bundan başqa, məlum olub ki, bloger özü, atası və qardaşları hərbi xidmətə yazılmaq öhdəliyinə məhəl qoymayıblar.

Bildirilir ki, S. Məmmədov təsisçisi olduğu Soul burger restoranının menecerlərindən birini də sorğu-sual üçün istintaqa çağırılıb. Müstəntiqlər onun da ittihamlarda mümkün iştirakını yoxlayır.

Rusiya mediası iddia edir ki, Sübhan Məmmədov şəxsi bloqlarında qeyri-adi davranışları ilə məşhurlaşıb. O, dəfələrlə polis əməkdaşlarını təhqir edib, insanları qanunsuz hərəkətlərə təhrik edib. Nəticədə istintaqa cəlb edilərək Rusiya vətəndaşlığından məhrum edilib. O da bildirilir ki, S.Məmmədov Azərbaycan vətəndaşlığından imtina etdiyi haqda Rusiyaya yalan məlumat verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“AFFA İcraiyyə Komitəsi bu fikirləri pislədi” -AFFA De Byazi artıq millimizdə calışmaq istəmədiyini bildirdi.

admin

Tanınmış psixoloq: “Mənə hədə-qorxu gəliblər ki, polis şöbəsində üzr istəyəcəksən, həbs olunacaqsan…”

redaktor

Zelenski Çinin Rusiyaya silah tədarük etdiyini iddia edir

redaktor