27 C
Bakı
13 İyul 2025 22:37
DigərGündəmMədəniyyət

Qana batmış yuxu – Cavid Fərzəli yazır…

Mən Polad Həşimovun əsgəri olmuşam.
Onda hələ 2009-cu illər idi.
O, həmin vaxtlar bir hərbi hissənin komandiri idi.
Sakit, amma dərin baxışlı bir insan. Əsgərin halını gözdən yox, ürəkdən oxuyan bir komandir…

Bir gün hərbi hissənin ümumi düzülüşündə
Kapitan Əliyev adında bir zabit əvvəllər ordu sıralarında qəhrəmanlıq göstərmiş birisi
sıra qaydalarını pozaraq
hərbi ayaqqabı əvəzinə qeyri-nizamlı bir geyimlə sırada durmuşdu.

Hamı fərqli bir mənzərə gözləyirdi.
Bəlkə də sərt bir cəza…
Amma Polad Həşimov belə dedi:

“Kapitan Əliyev, düşmənə qarşı göstərdiyimiz uğurlu nailiyyətə görə bu hərbi andı pozmamalıyıq. Biz hələ öz torpaqlarımızda azad yeriyə bilmirik. Bu nə şücaətdir?”

Polad Həşimovun xatirəsinə

Biz bu şeiri yalnız müharibə haqqında oxumuruq. biz bu şeirdə müharibə ilə qarşılaşan bir insanın taleyini, onun insan qalmaq mübarizəsini oxuyuruq.

“Yuxunun Poladı” bir uşaq yuxusu ilə başlayır. Bu yuxu sadəcə bir yuxu deyil: bu, hələ müharibəni başa düşməyən bir varlığın yaddaşına hopmuş gələcək acıdır. Şeir müharibəni nə sönük pafosla, nə də sırf qəhrəmanlıq mifləri ilə təqdim edir. O, müharibəni bir insanın öz içində tapmasıyla, öz içində məğlub etməsi ilə izah edir.

Polad Həşimov bu şeirdə yalnız şəhid general heykəli yox. O, həm də müharibəylə qarşılaşmış insanın özüdür. Onun içində ata var, oğul var, səngər var, susan beşik var. O, müharibənin içində yalnız düşmənə yox, öz içindəki qorxuya, təkliyə, qırılmış arzulara qalib gəlir.

Şeirin bir yerində deyilir;

Torpağın kürəyi heç vaxt yerə dəymir,
arzular içində yatır çarpayı…

Bu misralar əslində Poladın şəxsiyyətinə bədii güzgüdür:
O, yalnız vuruşmadı.
O, torpağın yaddaşını içində daşıdı.
O, ölümü razı salmağı bacardı.
Çünki o, vətəni sadəcə ərazi kimi yox, bir insanın alın yazısı kimi yaşadı.

Bu şeir bir qəhrəmanlıq nəğməsi deyil.
Bu şeir insan olmaq üçün ölməyi bacaranların səsidir!

***

Bir uşaq yuxu görürdü,
üzünü təbəssüm ildırımı bürümüşdü.
Müharibənin beşiyində…
Mərmi səsi yelləyirdi əllərini,
yetim gecələr yuxu yoğururdu
pərdələrin gözlərində.

Mərmilər ayaq açıb yeriyirdi
bir qızın saçlarının yaddaşında.
Bir ana yaylığı güllələnmişdi
bayraq kölgəsində…
Tanrı dilini öyrənirdi kəpənəklər,
Ölümü əzbərləmişdi Vətən.

Səhərin gözlərini uşaqlar aça bilmədi….
Ana küçələr danışırdı:
–Əllərin səngərin atasıdır.
Bir duman bağırır
ayaqlarını…
Torpağın kürəyi
heç vaxt yerə dəymir,
arzular içində yatır
çarpayı.

Hər ata, bir oğul
hərfləri unutmuşdu
xəbər başlığında…

Ovuclarında xəyanət gizləyir
səngər baharı,
buludlar boylanır
çiyinlərindən…

Analar göz yaşından silah düzəldir
yuxusuz pəncərəsinin qarşısında.
Hər günün qapısı barmaqlarından günəş damır
məmləkətə…

Bir uşaq yuxudan ayılır indi,
qanadları boş
yellənir hər evin…

Küçəmizdə
ürəyi yerə dağılır
fotoşəkillərin,
soyuq baxışların gözünü çıxarır
daşürəkli lövhələr…

Şəhərin qorxaq küçələrində
Polad yağışlar yağır
ağacların köynəyinə…

Ürəyindən qızılgül dərir
küçələr indi…
Uşaq yuxular böyüyür,
xoşbəxt oyuncaqların gözündə
qarışır çinar boyuna…

Ayağını itirmiş yollar
taleyin çəkmələridir. soyunur ayaqlarını qırmızı şəkillər…

Uşaq yuxusunu yırğalayır bir payız.
Ayılır uşaq pəncərələr,
ayılır kağız
yuxusundan…

Uşaq buludlar dil tapa bilmir danışa.
Bu səhəng
yuxunu əlindən salıb sındırır…
Nar üzlü ömürə dağılır qız budaqlar,
oğul ağaclar!

 

Cavid Fərzəli

Tacxeber.com

Oxşar xəbərlər

AYB Elza Seyidcahana xəbərdarlıq etdi

redaktor

“Kostyum geyinmədiyim üçün üzr istəyirəm” – Zelenski+Video

redaktor

Kamran Həsənli: “Onlar ördəkdir, qoyundur, “petux“dur“

redaktor