27 C
Bakı
16 Avqust 2026 11:54
DinDünyaGündəmHadisəQalmaqalSiyasət

Karikaturaya görə həbs

Türkiyədə “LeMan” satirik jurnalının baş redaktoru Aslan Özdemir Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılıb və birbaşa İstanbul Ədliyyəsinə aparılaraq “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” ittihamı ilə həbs olunub. Həbsin səbəbi, İsrailin Fələstinə hücumunu təsvir edən və Məhəmməd ilə Musa adlı obrazların salamlaşmasını əks etdirən bir karikatura olduğu bildirilir.

Karikaturanın müəllifi Doğan Pehlivan və jurnalın baş redaktoru Aslan Özdemir bu işi bir insanlıq etirazı kimi təqdim ediblər. Onların izahına görə, həmin rəsmin məqsədi, İsrail-Fələstin müharibəsində həyatını itirən günahsız insanlara diqqət çəkmək, dinlərarası qarşıdurmanı deyil, əksinə, dinlərarası həmrəyliyi simvolizə etmək, “Məhəmməd” və “Musa” fiqurlarını peyğəmbərlər kimi yox, müharibədə həlak olmuş iki adi insan kimi təqdim etməklə insanlıq və sülh mesajı vermək olub.

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin