33 C
Bakı
13 İyul 2025 10:32
CəmiyyətSağlamlıq

Əvvəllər zibil kimi atılırdı, indi kiloqramı 128 MANATA SATILIR

Tacxeber.com xəbər verir ki, bir çay qaşığında bir kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3 min TL-yə (128 manat) satılır.

Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıqları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur.

25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki, bir neçə il əvvəl arı çörəyi zibilə atılırdı:

“Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur” .

Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? – VİDEO

redaktor

Həkim: “Limonla təzyiqi stabil saxlamaq düzgün deyil”

redaktor

Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər

admin