27 C
Bakı
16 Avqust 2026 11:00
CəmiyyətDünyaHadisə

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman preparatları keçirməyə cəhd edən iki azərbaycanlı saxlanılıb.

Regional gömrük mətbuat xidmətinin məlumatına görə, yoxlama zamanı sərnişinlərin üzərindən 200-ə yaxın ampula natrium tiosulfat aşkarlanıb. Onlardan biri izahatında bildirib ki, dərmanları Azərbaycana göndərmək üçün dostundan alıb. Digəri isə həmin dərman preparatlarını onun xahişi ilə tanımadığı bir şəxsdən götürdüyünü deyib.

Onlar bu cür yüklərin rəsmi qeydiyyata alınmasının vacibliyindən xəbərsiz olduqlarını iddia ediblər.

Hazırda onların barəsində inzibati tədbirlərin görüləcəyi və cərimələnəcəkləri gözlənilir.(Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin