31 C
Bakı
11 İyul 2025 13:45
CəmiyyətHadisəİqtisadiyyatŞikayətSiyasət

Natiq Cəfərli sən quru sərhədlərin bağlı qalması ilə bağlı haqlı İRAD

Məlum hadisəyə görə (Natiq Cəfərlinin bu günlərdə atası vəfat edib) Gürcüstandaydım, yas mərasimindən (cümə axşamı və 3-dən) sonra bu gecə Bakıya döndüm və hökumətə, dövlətimizə ciddi sualım var: Quru sərhədlər 5 ildən çoxdur ki, bağlıdır, aydın izahı da yoxdur, tamam, son zamanlar “təhlükəsizlik” məsələsi deməyə başladılar, bunu da anlayışla qarılamağa çalışdıq. Amma…

Hörmətli hökumət, ölkədən quru yolla çıxışa Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyduz (bir tək Naxçıvan qeydiyyatı olanlardan başqa – onlara quru yolla ölkədən çıxış sərbəstdir, doğru olan da budur, çünki, onlar Türkiyə və İranla əlaqələri olmasa, iqtisadi durumları daha da pis olar) – burası aydındır, xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bu da məlumdur. Yaxşı, Azərbaycan ÖZ VƏTƏNDAŞINI ölkəmizə niyə buraxmır? Bu nə məntiqdir, bunun “təhlükəsizliklə” nə əlaqəsi var?! Yəni, Azərbaycan vətəndaşı uçaqla gəlir Tiflisə, 2-3 gün öz işini görür, toyda-yasda iştirak edir, o niyə məhz təyyarə ilə qayıtmalıdır ki?! Nədir bunun hikməti, Azərbaycan vətəndaşı ÖZ ölkəsinə, ÖZ vətəninə niyə quru yolla keçə bilməz?! Bir daha – tamam, ölkədən quru yolla ÇIXMAĞA qadağa qoyduz, anladıq, bəs ölkəyə qayıtmağa niyə qadağa olmalıdır ki?! Dünyada hansı ölkə, dövlət, qapısına qədər gəlmiş ÖZ VƏTƏNDAŞINI vətəninə, ölkəsinə buraxmır – belə bir örnək varmı?!

Tiflis istiqamətinə yayda təlabat o qədər çoxdur ki, bilet də tapılmır. Təsəvvür edin ki, yasa gəlmiş qardaşım oğlu üçün dünən gecə Tibilisi-Antaliya-Bakı marşrutu üzrə bilet tapmışıq. Tbilisidən uçdu Antalyaya, 14 saat orda qalacaq, bu gün axşam ordan Bakıya uçacaq – absurd deyilmi bu?!

Və ya, Qazağın kəndlərinin birində çox yaxın qohumumuz yaşayır, yasa gəlmək istədi, mən fikrindən yayındırdım, onların kəndindən Cürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur, amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan 1 saat təyyarə ilə uçmalı, hava limanından taksi ilə 1 saata yas yerinə gəlməli idi, geri dönəndə də eyni qaydada öz evinə qayıtmalı idi – belə də iş olar?!

Hörmətli hökumət, Gürcüstanda soydaşlarımız var, onlar da bizimdi, onlar qanımızın – canımızın bir parçasıdırlar, yüzminlərlə soydaşımız yaşayır, onlar Azərbaycanla nəfəs alır, Azərbaycanla fəxr edirlər, hər bir evdə Azərbaycan bayrağı, Azərbaycan sevgisi var – bunu unutmayın!

P.S. Bu günlərdə dəstək ifadə edən hamıya bir daha təşəkkürümü bildirirəm. Var olun!

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ədaləti özümüz təmin edirik…

redaktor

Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı

redaktor

Dilqəm Əsgərovdan oğlunun ittihamlarına cavab

redaktor