Fotoda sağda duran dünyanın ən nüfuzlu mühəndislərindən biri Charles Proteus Shteinmetsdir. Cəmi1 metr 20 sanimter boyunda olan mühəndis eyni zamanda Albert Enşteyin, Nikola Tesla və Tomas Edison kimi nəhənglərlə adı çəkilən alimdir.
Bir gün River Rouge-dəki Ford zavodunda böyük generatorda texniki problem yaranıb və zavodun elektrik mühəndisləri problemin nə olduğunu anlaya bilməyiblər. Ford şəxsən kömək üçün Steinmetz-ə müraciət edir.
Charles Proteus Shteinmets fabrikə gələndə heç bir köməklikdən imtina edərək dəftər, qələm və çarpayı tələb edib. O, iki gün iki gecəni zavodda keçirib, generatorun səsinə qulaq asıb, saysız-hesabsız mürəkkəb hesablamalar aparıb.
Üçüncü gün qəfildən tələb etdi ki, ona nərdivan və təbaşir gətirsinlər. Böyük səylə generatorun zirvəsinə çatana qədər nərdivanla qalxdı. O, lent ölçüsündən istifadə edərək nəhəng maşının səthindəki dəqiq yeri ölçdü və təbaşirlə işarə etdi.
Sonra pilləkənlərlə aşağı enərək mühəndislərə dedi ki, təbaşir işarəsi qoyduğu yerdən başlayaraq yan lövhəni çıxarmalı, generatorun sarğısını sökməli və 16 növbəli naqil çıxarmalı olacaqlar.
Mühəndisləri heyrətə gətirən düzəlişlərdən sonra generator yenidən mükəmməl işlədi.
Henri Ford generatorun işə düşməsinə sevinir və ödəniş etmək üçün məbləği soruşanda alim 10 min dollar deyir. Ford təəccblə o dövr üçün astronomik məbləğin niyə belə olmasın soruşanda alim cavab verir:
-Generatorda problemin olduğu yerə təbaşir çəkmək üçün-1 dollar, o problem bilməyə sərf edilən elm və bilik üçün isə 9.999 dollar.
Bu cavabı eşidən Ford sakitcə çek dəftərini çıxarıb zəhmət haqqını ödəyir.
Bu ölkədə bilikli insanlara qiymət verilsə hər kəs Charles Proteus Shteinmets kimi öz haqqını alar, Ford kimi isə sakitcə ödənişini edər.