30 C
Bakı
12 İyul 2025 10:05
DünyaMaraqlıQalmaqalŞikayət

ABŞ diplomatının iradını dilə gətirdikdən sonra əsəbi şəkildə toplantını tərk edib.

Azərbaycan və Ermənistan liderləri Əbu-Dabidə sülh danışıqları apardıqları bir zamanda Türk dünyası üçün ikinci mühüm bir görüş Dəməşqdə baş tutub. Maraqlıdır ki, Türk dünyasının böyüməsinə xidmət edən bu görüşdə iştirak edənlərin heç biri etnik baxımdan Türk də olmayıb. Azərbaycan mediasında bu barədə heç bir məlumat getmədiyindən görüş barədə bəzi xəbərləri sizinlə paylaşmaq istərdim.

Məlumata görə, 2 gün əvvəl Dəməşqdə PKK-nın Suriya qanadının çetebaşısı Məzlum Abdinin başçılığı altında DSG heyəti ilə ölkənin hazırkı lideri Əhməd Şaranın komandası bir araya gəliblər. Tərəflər DSG-nin silahları tamamilə buraxıb Suriyaya inteqrasiya prosesini müzakirə ediblər. DSG-nin təqdim etdiyi separatçı təkliflərin heç biri Əhməd Şara tərəfindən qəbul edilməyib. Məzlum Abdidən dərhal Suriyaya inteqrasiyaya başlamaq tələb olunub.

Görüşdə Amerikanın Türkiyədəki səfiri və Trampın Suriya üzrə nümayəndəsi Tom Barak da iştirak edib. Suriya mediasının iddiasına görə, Məzlum Abdinin və separatçı heyətin hələ də muxtariyyətlik xülyasından çıxa bilməməsi Tom Barakı bərk əsəbiləşdirib. Barakın sərt çəkildə Məzlum Abdini tənqid atəşinə tutduğu bildirilir. O, Məzlumun diqqətinə çatdırıb ki, kürd separatçıları xeyli ləng hərəkət edir və bunun ağır nəticələri ola bilər. ABŞ diplomatının iradını dilə gətirdikdən sonra əsəbi şəkildə toplantını tərk etdiyi bildirilir.

Tom Barakın toplantıdan sonra Şimali İraqın məşhur nəşri “Rudaw”a verdiyi müsahibə də iddiaları böyük ölçüdə təsdiqləyir:

ABŞ prezidenti Donald Trampa yaxın şəxs kimi tanınan Barak, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya hökuməti ilə danışıqlarda “ləng” olduğunu bəyan edib və Suriyada federalizmin “işləmədiyini” deyib.

Suriya hökumətinin SDG-ni milli çərçivəyə inteqrasiya etmək istəyini vurğulayan Barak “bir vətən, bir millət, bir ordu, bir hökumət” prinsipini dəstəkləyib.

ABŞ dövlət katibi Marko Rubionun “İraqda kürdlərə muxtariyyət verilməsini dəstəkləyən” açıqlamalarına münasibət bildirən Barak, bu yanaşmanın Suriyaya aid olmadığını deyib. O, Rubionun Kürdüstanın müstəqilliyini deyil, kürd kimliyinə hörməti duyulmasını ifadə etdiyini diqqətə çatdırıb.

Suriyaya beynəlxalq dəstəyin mövcudluğunu xatırladan Barak, “Dünya Suriyaya kömək etməyə hazırdır. Ancaq vaxt daralır. Region sürətlə dəyişir və Suriya bu fürsətdən istifadə etməlidir”, – deyə vurğulayıb.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Rudaw-a verdiyi eksklüziv müsahibənin tam transkripti:

Rudaw: ABŞ administrasiyası Dəməşq və Suriya Demokratik Qüvvələri arasında münasibətləri necə qiymətləndirir?

Tom Barakın müsahibəsindən bəzi sətirlər:

• Suriya hökuməti SDG-ni müzakirə etdiyimiz çərçivəyə inteqrasiya etmək üçün fövqəladə və böyük bir istək nümayiş etdirdi: bir vətən, bir millət, bir ordu, bir hökumət.

• Açığı, hesab edirəm ki, SDG bu vəziyyəti qəbul etmək, danışıqlar aparmaq və bu istiqamətdə addımlar atmaqda gecikib. Onlara məsləhətim budur ki, bu prosesi sürətləndirsinlər. Yalnız bir yol var, o da Dəməşqdən keçir. Mesaj budur.

• Dövlət katibi Rubionun muxtariyyət və suverenliklə bağlı açıqlamaları o deməkdir ki, İraq ayrı bir millət, Suriya ayrı bir millətdir. Kürdlər bu millətlərin içərisində unikal, seçilən və gözəl bir komponentdir. Onun (Robio) müstəqil Kürdüstanı nəzərdə tutduğuna inanmıram. Deyir ki, bütün bu mədəniyyətlərə, bütün bu xatirələrə, dillərə, mədəniyyətlərə, xalqlara, onların təhsilinə hörmətlə yanaşmaq lazımdır.

• Problem ondadır ki, biz bütün bu ölkələrdə federalizmin işləmədiyini və dövlət daxilində müstəqil dövlətin qurulmasının mümkün olmadığını görmüşük. Odur ki, hamının bunu anlaması üçün vaxt lazımdır, xüsusən də Suriyanın illərlə yaşadığı dəhşətli hadisələrdən sonra uyğunlaşmaq üçün vaxt lazımdır. Ancaq vaxtımız tükənir.

• Bütün tərəflər güzəştə getməli və bu qənaətə gəlməlidir: Bir millət, bir xalq, bir ordu, bir Suriya.

Tom Barakın bu açıqlamalarından narazı qalan kürd separatçıları özlərinə bağlı jurnalistlər vasitəsilə ərzi gileylərini ABŞ Dövlət Departamentinə çatdırıblar. Dövlət Departamentindən aldıqları cavab da onları xeyli pəjmürdə edib.

ABŞ Dövlət Departamentinin sözçüsünün Rudaw-a açıqlaması:

“…Suriya ilə bağlı səfir Barak və bu administrasiya açıq şəkildə bildiriblər: Suriya üçün irəliyə doğru yol birlikdən və ölkəni tarixən bölmək üçün uzun müddət davam edən parçalanmaların həllindən keçir.

Səfir həmçinin müxtəlif müsahibələrində ABŞ-ın sülh, firavanlıq və sabitlikdə maraqlı olduğunu və bütün dövlətlərin və hökumətlərin öz şərtləri ilə çiçəklənmələrini istədiyini və ABŞ-ın bunu necə edəcəyini diktə etmədiyini bildirib.

SDG-nin Suriya hökumətinə inteqrasiyası ilə bağlı müzakirələr davam edir və aktivdir. Biz bu müzakirələri həll edilməmiş məsələlərin çözümü üçün ən yaxşı yol kimi dəstəkləyirik”.

Bir sözlə, Dövlət Departamenti də separatçılara diplomatik üslubla “səndən sənə şikayətim var” ritorikasını buraxıb vahid və bölünməz Suriyaya inteqrasiya edin, – deyib.

ABŞ-ın Suriya ilə bağlı bu siyasəti Türkiyənin bəzi analitiklərinin illər boyu dilə gətirdikləri “ABŞ bizi parçalamaq istəyir” kimi əndişələrinə də son qoyacaq mahiyyətdədir. Vaşinqtonun bu mövqeyi bir daha sübut edir ki, ABŞ-a Yaxın Şərqdə güclü və təsir dairəsini genişləndirmiş Türkiyə lazımdır. Prinsipcə, Azərbaycanla Ermənistan liderlərinin Əbu Dabidə uğurlu sülh danışıqlarına başlaması da strateji müttəfiqimiz Türkiyənin regional güc mərkəzinə çevrilməsi projesinin bir başqa təzahürüdür.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

redaktor

Rusiya donanmasına məxsus gəmi vuruldu

redaktor

Zelenskidən ABŞ-Rusiya danışıqlarına ŞƏRH: “Biz Putinin menyusuna daxil olan salat və kompot deyilik”

redaktor