CəmiyyətHadisəİdman

“Sabah” “Çelye”yə son saniyələrdə buraxdığı qolla məğlub oldu

“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç Masazır təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.

İki matçın cəmində üstün olan tərəf 2-ci turda  AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya) – 2:3

Qol:Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 – pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2); Hrka, 90+3 (2:3)

Hakimlər:Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena” (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ələkbər Yasamallı: “Rəşad Dağlı ilə görüşəcəyəm“

redaktor

Priqojinin öldüyü təyyarədə stüardessanın telefon danışığı diqqət çəkdi

redaktor

“Sənin 25 yaşında oğlundan xəbərin yoxdur deyə ……” – Kəsəmənli ailəssində QALMAQAL böyüməkdədir.

admin