DünyaHadisə

Kiyevin Qoloseyevo rayonunda atışma: SBU əməkdaşı öldürülüb

Ukraynanın paytaxtı Kiyevin Qoloseyevo rayonunda baş verən atışma nəticəsində bir nəfər həyatını itirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah yarası almış kişinin meyitini aşkar ediblər.

Polisin Telegram kanalında yayılan məlumata görə, öldürülən şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşı olduğu ehtimal olunur.

“Hazırda hadisə yerində rayon və şəhər polis idarələrinin istintaq-əməliyyat qrupları, kriminalistlər, kinoloqlar və digər xidmət əməkdaşları işləyir”, – deyə rəsmi açıqlamada bildirilir.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor