28 C
Bakı
09 İyul 2025 12:12
DünyaSiyasət

Tramp: Moskva ilə Pekini bombalayaram – CNN

ABŞ prezidenti Donald Tramp 2024-cü ildə Nyu-York və Floridada keçirdiyi qapalı tədbirlərdən birində Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkindirməyə çalışdığını deyib.

Tacxeber.com xəbər verir ki, CNN-in əldə etdiyi audioyazılara istinadən yayımladığı məlumata görə, Tramp bildirib ki, Putinlə söhbətində onu açıq şəkildə hədələyib.

“Putinə dedim: ‘Əgər Ukraynaya girsən, Moskvanı bombalayaram. Mənim başqa yolum qalmayacaq’”, – deyə Tramp donorlarla bağlı qapalı toplantıda qeyd edib. Onun sözlərinə görə, Putin bu hədəyə tam inanmayıb, amma “azı 10 faiz inandı”.

Eyni tədbirdə Tramp bildirib ki, Çin lideri Si Cinpinlə də oxşar tonda danışıb. O, Si Cinpinə əgər Çin Tayvana hücum etsə, Pekini bombalayacağını deyib. “O, məni dəli hesab etdi. Amma biz heç vaxt problem yaşamadıq”, – Tramp əlavə edib.

Tramp bu fikirləri seçki kampaniyası çərçivəsində varlı sponsorların dəstəyini almaq məqsədilə keçirdiyi silsilə donor tədbirlərində səsləndirib. Həmin çıxışlarında o, sərt xarici siyasət ritorikasına toxunmaqla yanaşı, hökumət əleyhinə etirazlarda iştirak edən tələbələri ölkədən deportasiya edəcəyini və sosial yardım sistemini tənqid etdiyini də bildirib. Onun fikrincə, sosial təminat sistemindən yararlananlar daim demokratları dəstəkləyəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə bir ilk – Hamı ondan danışır

admin

Ermənilərdə olan bu xəstəlik onların gəlmə olduğunu göstərirmiş

redaktor

Şoyqu prezidenti aldadıb, müharibə ona görə lazım idi ki… – Priqojin (VİDEO)

redaktor