24.2 C
Bakı
28 İyun 2026 20:53
CəmiyyətHadisə

Nuranə hadisə vaxtı tək olmayıb – Təlimçi DANIŞDI

Xəbər verdiyimiz kimi, Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçuş zamanı faciə baş verib. 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq ölüb.

Tacxeber.com xəbər verir ki, bu barədə paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov danışıb. Onun sözlərinə görə, qadın uçuş zamanı digər pilotlarla birlikdə olub, lakin arada məsafə olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb:

“Hadisəni görüblər, dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. O, 10 il əvvəl də oxşar bir qəza yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Sonradan yenidən paraşütlə uçuşlara başlamışdı”.

Məlumata görə, Nuranə Məcidovanın 7 yaşlı övladı var idi. (Baku TV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova: Əcnəbi kişilər rus qadınlarını “təhlükəli dərəcədə gözəl” hesab edirlər

redaktor

“Neftçi” yarımfinal matçına 5 itki ilə çıxacaq.

admin

Sabiq rəislə bağlı şok faktlar… – Həbsi olunma ehtimalı artır.

admin