24 C
Bakı
10 İyul 2025 12:20
CəmiyyətDünyaKriminal

Kriminal aləmin “Yeni Qulisi”ni bıçaqlayıb dənizə atdılar

“Qanuni oğru”nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nəticələnib.

Tacxeber.com lent.az-a istinadla xəbər verir ki, iyulun 6-da “həmkarları” ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini “Quli” ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, gərgin söhbət zamanı Quli “Pıza” ləqəbli Raul Bartsbanı “fahişə” adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən dənizə atılıb.

Yada salaq ki, Kapba bu ilin mayında Pızanı nüfuzdan salmaq üçün Abxaziyaya qayıdıb.

Eyni zamanda, Şakro 2023-cü ilin noyabrında Qulini “oğru” kimi tanımadığını bildirib. Bundan əvvəl Temur düz 10 il idi ki, “oğru” adını daşıyırdı.

Qeyd edək ki, Temur Kapba mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Lotu Qulinin qətlindən sonra onun klanının böyük hissəsi qardaşı Namiq Səlifovun ətrafında birləşib. Lakin Temur Namiqin himayəsindən kənarda qalıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha iki üzvü həbs edilib

admin

“Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl, get fars dilini öyrən”

redaktor

Fitrə zəkatı adambaşına bu qədər müəyyən edildi – VACİB AÇIQLAMA

redaktor