23 C
Bakı
08 İyul 2025 22:45
CəmiyyətGündəmHadisəSağlamlıqŞikayət

Təcili anamı ölkə xaricinə aparmaq istədim, amma hava limanında öyrəndim ki, ölkədən çıxışıma stop qoyulub

III Respublika Platformasının Qurucu Heyət üzvü Araz Əliyev iyulun 7-də özünün “Facebook” hesabında üzləşdiyi problem ilə əlaqədar növbəti paylaşımını edib.

O bildirib ki, anası 6 aydır onkoloji xəstəlikdən əziyyət çəkir, ağır əməliyyatdan sonra kimyaterapiya almasına baxmayaraq, müalicə nəticə vermir və son günlər vəziyyəti daha da pisləşib.

“Qan dəyərləri yüksəlmir, heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmaq istədim, amma hava limanında öyrəndim ki, ölkədən çıxışıma stop qoyulub. Xəstə anam mən olmadan müalicə almaqda çətinlik çəkəcək. İndi mən nə etməliyəm, anamın göz görə-görə ölməyini izləməliyəm?”, – Araz Əliyev yazıb.

Əliyev qeyd edib ki, barəsində heç bir cinayət işi və ya istintaq yoxdur, ölkədən çıxışına qoyulan məhdudiyyətin səbəbi ona açıqlanmır:

“Təhsil həyatımı bitirdiniz, işimi aldınız, 25 gün həbsə saldınız, yetmədimi? İndi də valideynimi gözümün önündə öldürüb nəyi sübut etmək istəyirsiniz?”

Platforma üzvü ölkədən çıxışına qoyulan qadağanın qanunsuz olduğunu deyib:

“Nə cinayət törətmişəm, nə də təqsirləndirilən şəxsəm. Hüquqi olaraq çıxışıma mane olacaq əsas yoxdur. Tək narahatlığım anamın həyatıdır”.

Araz Əliyev əlavə edib ki, anası məhz onun fəaliyyətinə görə yaşadığı stressdən sonra xəstələnib:

“İndi də onu məndən ayırıb yad ölkədə ölümə məhkum edirlər. Bu hakimiyyət çox adamın əzizləri ilə son görüşünə həsrət qoyub. Bu dərdi yaşamaq mənə də çatdı”.

Araz Əliyev 2023-cü ilin dekabrında III Respublika Platforması elan ediləndən az sonra xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 25 sutka inzibati həbs cəzası almışdı. Həbsdən sonra müəllim kimi çalışdığı Bakı Dövlət Universitetindən uzaqlaşdırılmışdı.

O, ittihamların yalan olduğunu, küçədə gedərkən zorakılıqla saxlanılıb polis idarəsinə aparıldığını və orada təşkilatın fəaliyyəti ilə bağlı suallara cavab verməyə məcbur edildiyini açıqlamışdı. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər

Neft müəssisəsində PARTLAYIŞ: ölənlərlər var

admin

“O vaxt deputatlardan birinin katibəsi ilə verdiyi hoqqanı…” – Hafiz Hacıyev cadudan danışdı

admin

Şok: Sərnişin təyyarənin pəncərəsini sındırdı

admin