17 C
Bakı
25 Avqust 2025 08:33
Dünyaİqtisadiyyat

Rusiya Azərbaycandan görün nələri idxal edir? – BMT-nin platformasından YENİ RƏQƏMLƏR

Tacxeber.comxəbər verir ki, “RİA Novosti” BMT-nin “Comtrade” platformasının məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəlib.

Ötən il Azərbaycan Respublikası 368,9 milyon dollar plastik və ondan hazırlanmış məmulatlar, 211,9 milyon dollar dəyərində qızıl, 177,1 milyon dollar pambıq ixrac edib.

İlk onluğa həmçinin ekzotik meyvələr (175,5 milyon), pomidor (175,4 milyon), minik avtomobilləri (171,7 milyon), qoz-fındıq (131,3 milyon), gübrə (126,2 milyon), alüminium təbəqələr (110,1 milyon), bərk meyvələr (99,4 milyon) daxildir.

Bu məhsulların yarısının əsas alıcısı Rusiyadır. Azərbaycandan ixrac edilən çəyirdəkli meyvələrin, o cümlədən şaftalı, nektarin və gilas (97,1 milyon dollar), pomidorun 96 faizi (168,7 milyon dollar), ekzotik meyvələrin 87 faizi (153,4 milyon dollar), plastik məmulatların 64 faizi (235,7 milyon dollar) və fındıq (primeriya) 53 faizi (2 milyon dollar) onun payına düşür.

 

Tacxeber.com

Oxşar xəbərlər

İmran Xan həbs edilib

redaktor

Daha bir erməni Rusiyada vətən xaini çıxdı

redaktor

İranda bu qadınları kameralar tapacaq

redaktor