13 C
Bakı
27 Aprel 2026 10:28
DünyaHadisəİqtisadiyyatMaraqlıTexnologiya

Dünyanın ən bahalı 10 domeni qiymətlərinə DİQQƏT

Tacxeber.com Valyuta.az-a istinadən  dünyanın ən bahalı 10 domen adını təqdim edir.

Cars.com – 872 milyon dollar

ABŞ-da avtomobil alqı-satqısı üzrə aparıcı platformalardan olan “Cars.com” 2014-cü ildə “Gannett Co.” tərəfindən alınıb. Bu domen 872 milyon dollarla (təxminən 34,7 milyard ₼) birinci yerdədir.

Business.com – 350 milyon dollar

İş dünyasına yönəlmiş bu domen 2007-ci ildə “RH Donnelley” tərəfindən 350 milyon dollara satın alınıb və hazırda “Purch Group”un tərkibində fəaliyyət göstərir.

LasVegas.com – 90 milyon dollar

ABŞ-ın məşhur turizm şəhəri Las-Veqasa aid bu domen 90 milyon dollara satılıb. Saytda otellər, turlar və digər turistik xidmətlər təqdim olunur.

CarInsurance.com – 49,7 milyon dollar

Avtomobil sığortası xidmətlərinə yönəlmiş bu sayt 49,7 milyon dollara satılıb. Sahibkarı
“QuinStreet Inc.” şirkətidir.

Insurance.com – 35,6 milyon dollar

Sığorta sahəsinə aid bu domen 35,6 milyon dollarlıq müqavilə ilə “QuinStreet Inc.” tərəfindən alınıb.

VacationRentals.com – 35 milyon dollar

Tatil kirayə xidmətlərini əhatə edən bu domen “HomeAway Inc.” şirkətinə məxsusdur və 35 milyon dollara başa gəlib.

PrivateJet.com – 30,18 milyon dollar

Özəl təyyarə xidmətləri təqdim edən bu sayt 30,18 milyon dollara “Nations Luxury Transportation” tərəfindən satın alınıb.

Voice.com – 30 milyon dollar

“Block.one” şirkəti bu domeni 2019-cu ildə 30 milyon dollara əldə edib və özünün səsli ünsiyyət platforması üçün istifadə edib.

İnternet.com – 18 milyon dollar

2009-cu ildə 18 milyon dollara satılan bu domen ABŞ-da yerləşən “QuinStreet Inc.” şirkətinə məxsusdur.

360.com – 17 milyon dollar

Hazırda Çin mərkəzli fəaliyyət göstərən bu sayt 2014-cü ildə 17 milyon dollara satılıb və onlayn xidmətlər sahəsində fəaliyyət göstərir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada azərbaycanlı hərbçi həlak olub

redaktor

Trampdan sürdüyü zibil maşını ilə bağlı MARAQLI QƏRAR

redaktor

Ukrayna PUA-sı Xəzərə qədər gəldi: uçuşlar təxirə salındı

redaktor