Macarıstanın Baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynadakı münaqişənin həlli naminə “ağlını başına yığmağa” səsləyib.
Tacxeber.comxəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Müharibə hələ də davam edir, Avropa tükənib, Amerikanın silah tədarükü azalır. Bu, teatr və ya serial deyil — soyuq və sərt reallıqdır. Macarıstan sülhün tərəfində qalır”, – deyə Orban bildirib.
Xatırladaq ki, Viktor Orban daha əvvəl də Ukrayna prezidentini “nankorluqda” ittiham etmiş və Budapeştin Qərbi Avropa ölkələri kimi Kiyevin qarşısında “diz çökən” tərəf olmayacağını bəyan etmişdi. (Globalinfo.az)