Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.
Tacxeber.com xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 5-ni göstərib.
Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.
Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür.
Bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“”Ukrayna odun üstünə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək. Bunu proqnozlaşdırmaq çox asandı”, – o, qeyd edib.
Peskov iddia edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”.
Onun sözlərinə görə, hadisələrin kökündə guya “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.
Peskov əlavə edib ki, Moskva və Bakı hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edirlər: “Hazırda İstintaq Komitəsinin sədri Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqədədir. Bu təmaslar zamanı onlar problemli görünən məsələləri həll edirlər”.
“Azərbaycan və Rusiyanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Xatırladım ki, münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. Əlbəttə, bundan xoşu gəlməyən qüvvələr var”, – diplomat bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 10.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.