11 C
Bakı
25 Aprel 2026 01:54
CəmiyyətHadisəQalmaqalŞikayət

Azərbaycanda nazir xüsusi ittiham qaydasında məhkəməyə verildi – QALMAQAL

Bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdirdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.

Tacxeber.com “Unikal”a istinadla xəbər verir ki, Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.

Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab verərkən demişdi ki, həmin şəxs Sara Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.

Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsuliyyət daşımadığını bildirmişdi.

Lakin Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin “əməliyyat evin mətbəxində olub” fikirləri yalan çıxıb.

Belə ki, cinayət işi materiallarında da qeyd edilir ki, əməliyyat “AzE Estetik Mərkəz” MMC-də baş tutub. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.

Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sükutdan Qorxan Qadın

redaktor

Azərbaycan dünyanın ən güclü orduları reytinqində 29-cu yerdədir – FOTO

redaktor

Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: ölü və yaralılar var

admin