25.9 C
Bakı
05 İyul 2026 03:42
CəmiyyətHadisə

Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.

Bu barədə onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. (Report)

Tacxeber.com

Oxşar xəbərlər

İstintaqdan dəhşətli saxtakarlıq – 8 min birdən 38 min olub

admin

Namizəd Səfərov: ‘İradə olsa, saxtakarlıq üzə çıxar’

admin

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor