27 C
Bakı
30 İyun 2025 13:56
Cəmiyyət

Qadınların pensiya yaşı daha altı ay qaldırılır

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq.

Tacxeber.com xəbər verir ki, 1 iyul 2025 – 30 iyun 2026-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il 6 ay olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulub.

Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

redaktor

Professor adı olmayan rektorlar kimlərdir? – “Sovetdən qalma təfəkkürdür…”

admin

Hansı qazanlarda yemək bişirmək olmaz? – Foto

redaktor