23 C
Bakı
15 Avqust 2025 00:37
CəmiyyətGündəmHadisəŞikayət

Niyə ölüm hadisəsi baş verdikdən sonra qurumlar görməli olduqları işi görürlər ?

Baş prokurorluq Nərimanov rayonunun Baksol adlanan ərazisində asfaltın çökməsi nəticəsində baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi açıb. Məlum olub ki, hadisənin baş verdiyi kanal ADSE-nin Bakı su kanal idarəsinin balansındadır və həmin idarənin istismarındadır.

İndi sual olunur: niyə ölüm hadisəsi baş verməliydi? Niyə əvvəldən aidiyyatl qurum birbaşa və bilavasitə görməli olduğu işi aylarla görməyib, səhlənkarlıq edib? Yoxsa evində lampanı yandırmaq üçün də “yuxarıların” xeyir-duası lazım idi və aylarla onu gözləyirdi?

İndi də Sabunçu rayonu, A.Əsədullayev küç. 29 ünvanında eyni vəziyyətdir. Aylardır problem həll olunmur. Nəinki həll olunmur, ərazidə yaşayan adamların təhlükəsiz gediş-gəlişi üçün yarığln üstünü heç örtməyiblər, ətrafına hasar çəkməyiblər.

Burdadamı bir qəza baş verməlidir?

İnsan həyatı bu qədərmi ucuz, urvatsızdır?

Dəhşətdir, vallah-billah, təhlükəsiz yaşamaq yoxdur artıq.

 

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı “qanuni oğru” “Toppuş bacı”nın müalicəsi üçün 10 min dollar göndərdi

redaktor

Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR

admin

“Hakim korpusu gəncləşdikcə, ədalət sistemimiz qocalır” Aqil Layıc

admin