29 C
Bakı
14 Avqust 2025 11:23
CəmiyyətDünyaHadisə

Cümşüdün batdığı kanal bu qurumun balansında olub – Rəsmi

Tacxeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata əsasən, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olundu

redaktor

Ermənistanda siyasi böhran: Simonyan-Qriqoryan qarşıdurması kəskinləşir…

admin

Qaz limiti sıfırlanacaq – Sayğacda olan balans silinəcəkmi?

redaktor