13 C
Bakı
04 Oktyabr 2026 11:25
CəmiyyətDünyaMədəniyyət

Emin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir

Tacxeber.comxəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov “Instagram” hesabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklər edilir. Belə ki, ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq. Zərurət yaranarsa, biletlərin dəyişdirilməsi və qaytarılması mümkün olacaq.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə mediası artıq sual verir: “Bu sözlər Türkiyəyəmi?”

redaktor

Putinin Ukrayna məğlubiyyəti

redaktor

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor