CəmiyyətDünya

Azərbaycanlılar Rusiyada görün nələr edibmiş

“Sosial medianın Rusiya seqmentində bəzi faşist düşüncəli şəxslər tərəfindən azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirilib. Onlar iddia edirlər ki, guya azərbaycanlılar yalnız ticarətlə məşğuldurlar və rus xalqı üçün heç bir töhfə verməyiblər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, real faktlar və qəhrəmanlıq nümunələri bu iddiaların tam əksini sübut edir:

“Tarix və bu günümüz azərbaycanlıların Rusiyada göstərdikləri şücaətlər və fədakarlıqlarla doludur. Sadəcə bir neçə nümunə:

  • Salaməddin Nağıyev – Pexorka çayında boğulan yerli uşaqları xilas etməyə çalışarkən həyatını itirib.

  • Səbuhi və Tural Rəhimov – Krasnoyarsk şəhərində partlayan istilik borularına baxmayaraq, onlarla insanı yanan avtobusdan çıxarıblar.

  • Baxış Kərimov – Sverdlovsk vilayətində polis əməkdaşı olaraq yanan evə girib və dörd uşaqla birlikdə valideynlərini xilas edib. (Globalinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?

admin

Daha 15 erməni sakin Azərbaycan vətəndaşlığı üçün müraciət etdi

redaktor

Niyə gecə vaxtı güzgüyə baxmaq olmaz?

admin