CəmiyyətDünyaHadisəKriminal

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.

Tacxeber.com xəbər verir ki, bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.

Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Polis rəisinin içərisində olduğu maşın qəza törədərək insan həyatına son qoydu.

admin

Azərbaycanda polkovnik vəfat etdi

redaktor

Həbsdəki ictimai fəalın xanımı ərinin özünə xəsarət yetirdiyini deyir

admin