24 C
Bakı
28 İyun 2025 23:17
CəmiyyətGündəmSiyasət

Mövqe bildirin çənab siyasilər.

Mərhum Heydər Əliyevin məşhur açıqlaması var idi: “Mövqe bildirin!”. Bəli, cənablar mövqe bildimək zamanıdır. Dövlətini və millətini sevən siyasətçi, millət vəkili Yekaterinburqa azərbaycanlıların işgəncə ilə öldürülmələrinə mövqeyini ortaya qoymalıdır.

Rusiyanın ən böyük şəhərlərindən birində azərbaycanlılara ölümünə işgəncə veriblər, qadınlara, uşaqlara baxmayaraq, evə soxulublar, soydaşlarımızı döyüblər, neçəsini qətlə yetiriblər, internet şahidlərin ifadələri və görüntüləriylə doludur.

 

Yekaterinburqda öldürülən Səfərovlar ailəsi əslən Ağdam rayonundandır. Heç kimlə şəxsi qərəzliyim yoxdur, ancaq ötən il parlament seçkilərində Ağdamdan qeydiyyatıma imkan vermədilər ki, Bəxtiyar Əliyev yenidən seçilməlidir. Deputat Bəxtiyar Əliyev niyə Ağdam sakinlərinin Yekaterinbuqrda qətllərinə reaksiya vermir? Nəyi gözləyir? Digərləri də susublar. Modern.az saytı məsələ ilə bağlı Azərbaycanda Rus İcmasının mövqeyini öyrənməyə çalışıb. İcmanın sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, hadisə ilə bağlı dəqiq məlumatlı deyil. Deputat araşdırmanın nəticəsini gözlədiyini deyib. Hansı araşdırma? Deputatımız necə ki, təyyarəmizi raketlə vuran və insanlarımızı öldürən “araşdırmanın” nəticələrini gözləyirdi, eləcə də növbəti qətliamın “araşdırmasını” gözləyəcək. Halbuki, məsələylə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi var, Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili XİN-ə çağrılıb, ancaq Zabelin “araşdırmanın nəticəsini gözləyəcək”.

 

Elxan Şahino]lu

Tacxeber.com

Oxşar xəbərlər

“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər…”

admin

Lənkəranski, Quli haqda Türkiyədə kitab çap olundu: ŞOK faktlar açıqlandı

redaktor

“Rusiya məğlub olsa, Ermənistan dərhal bu əraziləri boşaldacaq” – Amerikalı analitik

redaktor