ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ağ Evdə qaldığı müddətdə NATO ölkələrinə hücum etməyəcək.
Tacxeber.comxəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb .
Onların sözlərinə görə, Haaqada keçirilən NATO sammitinin əsas sessiyası zamanı Tramp Rusiyadan heç bir təhlükə olmayacağına “əhd verib”, həmçinin alyans ölkələrinin müdafiə xərclərini artırmaq səylərini alqışlayıb.
Bundan əlavə, qəzetin həmsöhbətləri qeyd ediblər ki, Avropa NATO ölkələrinin liderləri Amerika liderini onları hərbi xərcləri artırmağa sövq etdiyinə görə tərifləyiblər, bəziləri isə ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə aviazərbələr endirməsini yüksək qiymətləndiriblər.
İyunun 19-da TASS-ın dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropa ölkələrinə və NATO-ya hücum planlaşdırması barədə deyilənləri yalan və cəfəngiyyat adlandırıb .