DünyaSiyasət

İran Rusiyaya uzun müddət yardım etməyəcək – Səbəb

İsrail və İranın atəşkəs elan etdikdən sonra bu vəziyyətin Ukraynadakı müharibəyə təsiri baxımından Rusiyanı narahat etməsi gözlənilən idi.

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

Qeyd olunur ki, İran silahları, xüsusilə kamikadze dronlar Rusiya üçün hərbi əməliyyatlarda çox dəyərli idi. İndi isə bu qədər ciddi məğlubiyyətdən sonra Tehran özünü bərpa etməyə məcbur olacaq və ehtimal ki, xeyli müddət Kremlə Ukraynada yardım göstərə bilməyəcək.

Nəşr bildirir ki, zəiflədilmiş İranın bu gün Rusiyanın hərbi imkanlarına ciddi təsir göstərməsi çətin görünür. Çünki Rusiya artıq ölkə daxilində çox sayda “Şahid” istehsal edir. İran bu məqsədlə ona istehsal texnologiyası, layihələr və təlimlər təqdim etmişdi.

“Ukrayna hesab edir ki, Rusiya müxtəlif mənzilli təxminən 13 000 raket toplayıb və ayda 200-ə qədər raket istehsal edə bilir. Görünən odur ki, Moskva İran raketlərinə ciddi ehtiyac duymur”, – nəşr vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor