20 C
Bakı
05 Oktyabr 2026 13:12
DünyaHadisəKriminal

Bu ölkədə Ukrayna bayrağı yoxa çıxdı: Görün haradan tapıldı

Litvanın Panevejis şəhərində Ukrayna dövlət bayrağının oğurlanması ilə bağlı insident baş verib.

Tacxeber.com LRT-yə istinadən xəbər verir ki, naməlum şəxslər Xüsusi İstintaq Xidmətinin (STT) binasından bayraq dirəyi ilə birlikdə Ukrayna bayrağını oğurlayıblar.

Polisin məlumatına görə, cinayət çərşənbə günü səhər Vasario küçəsində qeydə alınıb. Cəmi bir saatdan sonra yerli vaxtla səhər saat 8:45 radələrində oğurlandığı iddia edilən bayraq həmin şəhərin Nendres küçəsində tapılıb.

Hadisə ilə bağlı Litvanın hüquq-mühafizə orqanları ictimai asayişin pozulması ilə bağlı ibtidai istintaqa başlayıb.

Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qəhrəmanlıq ailə xoşbəxtliyinə zəmanət deyil

redaktor

“Müsəlman qardaşları” təhlükəsi

redaktor

Zelenski: Ukrayna FP-9 raketi hazırlayır və Rusiyanın neft emalı zavodlarına zərbələrini ikiqat artıracaq

redaktor