23 C
Bakı
26 İyun 2025 23:00
DigərDünya

Atlı heykəl, şüşə körpü və sirli bağlar: Kraliçanın şərəfinə möhtəşəm layihə

Londonun Sent-Ceyms Parkında mərhum Kraliça II Elizabetin xatirəsinə ucaldılacaq abidə kompleksi onun at belində heykəlini, həyat yoldaşı şahzadə Filiplə əl-ələ tutduğu başqa bir heykəli və şüşədən hazırlanan körpünü əhatə edəcək.

Tacxeber.com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə layihə komitəsi məlumat yayıb.

Açıqlanan planlara əsasən, park yenidən qurulacaq, burada iki yeni bağ sahəsi və iki yeni giriş qapısı yaradılacaq.

Abidə layihəsini tanınmış britaniyalı memar Norman Fosterin rəhbərlik etdiyi “Foster + Partners” şirkəti hazırlayıb. Foster Londonun məşhur “Gherkin” göydələni və Berlinin Reyxstaq binasının günbəzinin memarı kimi tanınır.

90 yaşlı Foster 1997-ci ildə II Elizabet tərəfindən memarlıq sahəsində xidmətlərinə görə “Xidmət Ordeni” ilə təltif olunub və onunla şəxsi tanışlığı olub. O bildirib ki, parkda yaradılacaq kompozisiya Kraliçanın həyat hekayəsini və irsini təcəssüm etdirməyi hədəfləyir.

Memarın sözlərinə görə, Kraliçanın toyu zamanı taxdığı taca istinadən hazırlanacaq şüşə körpü iki qapı və iki bağ onun ənənə ilə müasirliyi, ictimai və şəxsi vəzifələri, Britaniya ilə Birlik ölkələri arasındakı tarazlığı necə qoruduğunu simvollaşdırır.

Layihənin yekun dizaynı 2026-cı ilin aprelində tamamlanacaq. Memorialın tikintisinin isə bundan bir-iki il sonra başa çatacağı gözlənilir.
Xatırladaq ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında, Şotlandiyadakı sarayında vəfat edib. O, 70 ildən çox taxtda qalmış və Böyük Britaniyanın tarixində ən uzun müddət hakimiyyətdə olan monarx olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pakistanda Yeni il şənlikləri qadağan edilib

redaktor

Fələstin bayrağını təpikləmək istədi, özü qurbana çevrildi – ANBAAN VİDEO

redaktor

İsrail Suriyaya zərbələr endirdi

redaktor