Ermənistanda 1 il sonra keçiriləcək, ölkənin gələcəyini müəyyən edəcək Parlament seçkilərinə hazırlıq tam sürət gedir. Paşinyan “dövlət çevrilişinə cəhd” haqqında sənədlər, məlumatlar paylaşdı, bundan sonra həbslər artdı, Rusiyaya bağlı olduqları bilinən bir çox şəxs saxlanılır, ciyanət işləri açılır. Bu gün keşiş “Qapon”, yəni Baqrata qarşı da cinayət işi açılıb, evində axtarış aparılır. Bundan başqa yüksək rütbəli hərbçilər, varlı biznsemenlər, hətta bəzi deputatlarla da bağlı istintaq addımları aparılır, saxlanılırlar, axtarışlar aparılır.
Bütün bunları Paşinyanın “anti-Rusiya” addımları kimi qələmə verənlər var – mən bunun tam əksini düşünürəm. Tam tərsi, Paşinyan və komandasının Moskva ilə ciddi heç bir problemi yoxdur, son zamanlar isə münasibətlər daha da istiləşib
Ümumiyyətlə, İrəvan 2022-dən bəri Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ən vacib 3-5 ölkədən biridir. Ermənistan iqtisadiyyatının 70%-nə Rusiya nəzərat edir, Rusiya hərbi bazaları ilə bağlı heç bir addım atılmayıb, əksinə, onların statusu bir daha təsdiq edilib.
Mənim fikrimcə, Paşinyan Moskva ilə növbəti dəfə anlaşandan sonra, bəzi kiçik problemləri həll etdikdən sonra, elə həmin Kremlin razılığı ilə daxili siyasətdə “təmizləmə” işləri aparır ki, 2026-cı il seçkilərində maneələr qalmasın. Kreml həmişə etdiyini edir – öz adamlarını istifadə edir, istədiyini alır. Sonra “qurban” verir.
Moskva nəinki insanlarla, ölkələrlə də belə davranır – son İran misalı buna ən böyük sübutdur. İran mediası Putinə sual verir ki, İrana necə kömək edəcəksiz, cavab bu oldu ki, ən xoş arzularımızı göndəririk, amma, ABŞ-la münasibətlərimizi də korlamaq istəmirik. İran məsələsində ABŞ-la “alver” etmək üçün ciddi fürsət qazandı və fürsətdən də istifadə etdi.
Ermənistanda da bəzi keşiş, kilsə, biznesmen, siyasətçiləri təzyiq üçün istifadə etdi, istədiyini aldı, indi də onların sıradan çıxarılmasına “yaşıl işıq” yandırdı.
Bir çox insanlar anlaya bilmir ki, 2018-dən bəri Rusiya bütün gücünü, nüfuzunu, resurslarını istifadə etsəydi, bu 7 ildə Paşinyanı 7 dəfə devirərdi – etmədi, çünki, Paşinyan Rusiyaya da sərf edir, güya, Moskva ilə “dalaşır”, Qərblə yaxınlaşır, Qərb də Ermənistanı “demokratiya” sayıb, öz maraqlarına uyğun olaraq Moskva ilə İrəvan üzərindən alverini edir. Bundan başqa, Rusiyanın əlində, cibində olan “köhnələr” artıq “işlənmiş materialdır”, onları “diriltmək” cəhdi Rusiyaya sərf etmir – Ukraynada buna cəhd etdilər, Yanukoviçi “diriltdilər”, nəticədə Ukraynanı, siyasi və tarixi anlamda itirdilər. Eyni səhvi Ermənistanda etmək istəmirlər – çünki, buna heç ehtiyac da yoxdur.