CəmiyyətDinHadisə

Elşad Miridən 16 yaşlı qızı qaçıran axund barədə şok sözlər – Dini baxımdan…

“Mənim “İslamda yoxdur” adlı kitabımı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi qadağan etdi. Həmin kitabda yazdığım bölümlərdən biri azyaşlıların ərə verilməsi ilə bağlı idi. Kitabda peyğəmbərimizin Ayişə adlı qızla 6 yaşında nişanlanıb, 9 yaşında evləndiyi iddiasının yanlış olması ilə bağlı cavab var idi. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi kitabı qadağan edərək buna haqq qazandırmış oldular. İndi bunu hansısa axunda, din xadiminə desək, hədis kitablarında peyğəmbərin də azyaşlı ilə evləndiyinin iddia edildiyini və onun yolu ilə getdiyini deyəcək”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, onların düşüncəsinə görə etdikləri qanun pozuntusu deyil:

“16 yaşlı qızı qaçıran axund da dini baxımdan heç nəyi səhv etmədiyini bildirəcək. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə buna etiraz edə bilməyəcək. Qanunvericiliklə 18 yaş arqumentini gətirsək belə, o, özündə günah görməyəcək. Buna görə də bu məsələdə keçmişdən gələn yanlışı aradan qaldırmaq lazımdır. Kişinin 16 yaşlı qıza dərs deməsi ilə bağlı qadağa yoxdur. Məktəblərdə də belədir. Sadəcə bildiyimiz ən əsas məsələ hazırda peyğəmbərə aid bu cür uydurma olmasıdır. Bu uydurmaya inanan, özünü müsəlman adlandıran milyonlarla insan var. Təəssüf ki, dinlə bağlı iki qurum da bunu təsdiq edir”.

Qeyd edək ki, Aşağı Güzdək qəsəbəsində axundun 16 yaşlı qızı qaçırması iddiaları irəli sürülüb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Şərurlu İsfəndiyar” həbsdə olan bank rəhbərindən 5 milyon manatını tələb edir

redaktor

Bank of Baku vəfat etmiş qazinin anasından borc tələb etdi- “Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat etməsin”

redaktor

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib?

admin