26 C
Bakı
21 İyun 2025 09:35
DünyaGündəmSiyasət

Vladimir Zelenskidən Vladimir Putinin ünvanına ağır sözlər

Rusiya Ukraynanı atəşə tutduğuna və müharibəni davam etdirdiyinə görə beynəlxalq ictimaiyyətdən “sərt cavab” almalıdır. Bunu iyunun 20-də Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da bildirib.

O qeyd edib ki, gecə saatlarında rus işğalçıları Xarkov və Odessanı pilotsuz təyyarələrlə atəşə tutublar, nəticədə ölən və onlarla yaralılar olub: “Bu gecə Ukrayna ərazisinə ümumilikdə 86 pilotsuz təyyarə buraxılıb, onların əksəriyyəti Rusiya-İran “Şahed”ləri olub. Yaşayış binaları, adi müəssisələr, mülki infrastruktur və avtomobillər yenidən yandırılıb.

Rusiya xalqımıza qarşı məqsədyönlü terror taktikasını davam etdirir”, – Zelenski yazıb. Onun fikrincə, təcavüzkar ölkə “bütün Rusiyaya və onun müharibəni davam etdirmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək bu taktikaya xüsusi olaraq sərt cavab almalıdır”. “Böyük yeddilik ölkələri və Aİ resepti bilir: güclü təzyiq, enerjiyə və kölgə donanmasına qarşı sanksiyalar, Rusiya neftinə 30 dollarlıq qiymət həddi. “Kremldəki xəstələr” müharibəni maliyyələşdirmək imkanından nə qədər tez məhrum olsalar, Ukraynada bir o qədər çox insan həyatını xilas edə bilərik”, – Zelenski bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Siyavuş Novruzovdan sərt açıqlama: “Sənin xalqın qarşısına çıxmağa cəsarətin çatmırsa, ərizəni yaz, get!” – CAVAB

redaktor

Narkotikə görə tutulanlar azadlığa buraxılır? – Açıqlama

redaktor

Türk dövlət başçıları Ankarada görüşəcək

redaktor