14 C
Bakı
26 Oktyabr 2026 02:09
DünyaQalmaqalSiyasət

V. Putin “Rus əsgərinin çəkməsi hara dəyirsə, ora Rusiyadır”

Putin özünəməxsus müstəsna həyasızlıqla bəyan etdi ki, rus əsgərinin çəkməsi hara dəyirsə, ora Rusiyadır. Sivil dünyaya yad olan Rusiya, hələ də 18-ci əsrdədir, kafa olaraq ordadır.

Bu bəyanatdan sonra Azərbaycanın, məmləkətimizin atdığı addımların, qurduğu koalisiyaların, aldığı qərarların nə qədər doğru olduğuna bir daha əmin olursan. 2024-cü ildə son Rusiya əsgərinin, “sülhməramlıların” ölkədən çıxdığı günü heç vaxt unutmamalıyıq, hətta həmin gün Azərbaycanın tarix dərsliklərinə salınmalıdır.

Amma bu da yetərli deyil: Putinin bu bəyanatından sonra Azərabaycan ərazisində heç vaxt Rusiya əsgərləri ilə birgə hərbi təlimlər keçirilməməli, Rusiyanın hərbi gəmilərinin, nə səbəblə olursa olsun, Bakı limanına yanaşmasına icazə verilməməlidir…

 

Natiq Cəfərlı

Tacxeber.com

Oxşar xəbərlər

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor

Özbəkistanın TDT hesabı: Ankara zirvəsi təxirə salına bilər

redaktor