31 C
Bakı
13 Avqust 2025 17:05
DünyaSiyasət

Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ – FOTO

ABŞ İran sərhədinə nəhəng nəqliyyat və döyüş təyyarələri yerləşdirməklə bölgədəki hərbi varlığını gücləndirir.

Tacxeber.comTürkiyə mətbuatına istinadən bildirir ki, dünyanın ən böyük hərbi nəqliyyat təyyarələrindən biri olan C-5M Super Galaxy-ni İran sərhədi yaxınlığında yerləşən Səudiyyə Ərəbistanına göndərib.

Təyyarənin İtaliyadakı Aviano aviabazasından havaya qalxdığı bildirilir. Nəhəng yük təyyarəsi zirehli texnika, ağır silah sistemləri və digər iri hərbi texnika daşımaq qabiliyyətinə malikdir.

Bu addım Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, bölgədə hava üstünlüyü və sürətli cavab imkanlarının artırılması da hədəflənir.

ABŞ Müdafiə Nazirliyi bölgədə artan İran-İsrail gərginliyinə qarşı müdafiə tədbirlərini artırarkən, bölgəyə təkcə C-5M deyil, F-16, F-22, F-35 döyüş təyyarələri və tanker təyyarələri də yerləşdirib. Reuters-in məlumatına görə, bu yerləşdirmələr “sırf müdafiə” xarakteri daşıyır və ABŞ qoşunlarını və regiondakı müttəfiqlərini qorumaq məqsədi daşıyır. (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər

Vladimir Putinin gecə ikinin yarısında jurnalistləri təcili Kremlə toplayıb.

admin

“Zalujnı baş komandan vəzifəsindən azad edildi” – Deputat

redaktor

Sərdar Cəlaloğlu namizədliyini geri götürdü

redaktor