Hadisəİdman

Azərbaycanda futbol klubunun prezidenti həbs edildi

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.

Tacxeber.comMusavat.com-a istinadən xəbər verir ki, Quliyev dələduzluq ittihamı ilə həbs edilib.

Ondan şikayətçi olan bir neçə nəfər var. İttihama görə, Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib.

Qeyd edək ki, 2024/25 mövsümünün yekunlarına görə, “Füzuli” II Liqanı tərk edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gecə gizlicə xoşuna gəldiyi qonşu qadının evinə girdi – Kabus yaşadı / FOTOLAR

redaktor

Türkiyənin qadın voleybol millisi ilk dəfə Avropa çempionu oldu.

admin

Azərbaycanın 25 güləşçisi dünya çempionatında mübarizə aparacaq

redaktor