CəmiyyətDünya

“WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

“Telefonlarınızdan “WhatsApp”ı silin!”.

Tacxeber.com “globalinfo.az”a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının vətəndaşlara çağırışında qeyd olunub.

İddia edilib ki, proqram heç bir konkret sübut təqdim etmədən istifadəçi məlumatlarını toplayır və İsrailə göndərir.

Hökumət, həmçinin vətəndaşlardan telefonlarını söndürmələrini xahiş edib.

Rəsmilər İran Yayım Korporasiyasına (IRIB) bildiriblər ki, İsrail iranlı alimlərə və yüksək səviyyəli komandirlərə qarşı sui-qəsd hücumlarında mobil telefonlarını izləyib.

“WhatsApp” isə sözügedən məlumatı təkzib edib:

“Bu ittihamlar əsassızdır. Belə məlumatlardan narahatıq. Platformadakı mesajlar şifrələnib və şirkətin bu mesajlara çıxışı yoxdur. İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa daxil olmuruq və hökumətlərə ümumi məlumatları təqdim etmirik”.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor