DünyaSiyasət

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Tacxeber.comxəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Tramp hələlik yüksək vəzifəli məmurları iranlılarla görüşmək və razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdəki qarşılıqlı razılaşdırılmış yerə göndərməkdən imtina edib”, – deyə telekanal bildirib.

CNN mənbələrinin məlumatına görə, Tramp indi əvvəlki mövqeyindən uzaqlaşaraq daha şahin mövqeyə keçir və İsrailin İrandakı əməliyyatına qoşulmaq ideyasını ciddi şəkildə düşünməyə başlayıb.

 

Qeyd edilib ki, İranın bəzi addımları Trampı yenidən danışıqlara qayıtmağa sövq edə bilər.

Bundan əvvəl Tramp Yaxın Şərqdəki vəziyyətlə bağlı milli təhlükəsizlik komandası ilə görüş keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

Roma Papası surroqat analığı qadağa etməyə çağırdı

redaktor

Gürcüstan hökuməti etiraza səbəb olan qanunu dəyişməyə hazır olduğunu deyir.

admin

Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır

redaktor