21 C
Bakı
12 İyul 2025 04:58
DünyaSiyasət

Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib.

Rusiya “propaqandaçısı” Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

Qeyd edək ki, “Rossiya 1”in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Amerikada hərbi zavod partlayıb

redaktor

Rusiya ordusu öz ərazisinə bomba atdı

redaktor

Rus ordusu bu istiqamətdə irəliləməyə başladı

redaktor