CəmiyyətSiyasət

Əvəz Zeynallının həyat yoldaşı: Bankla bağlı problem həll edildi

Tacxeber.comxəbər verir ki, M.Zeynallı Teleqraf-a açıqlamasında Kapital Bankın nümayəndələrinin onunla əlaqə saxladığını vurğulayıb.

“Bizimlə əlaqə saxladılar və bildirdilər ki, hesab kartı yoxlanılıb, hər hansı problem yoxdur. Bu gün yenidən kartı yoxlayacağıq. Xalqımıza təşəkkür edirəm, əllərindən gəldiyi qədər yardım kampaniyasına qoşulublar”, – deyə jurnalistin həyat yoldaşı deyib.

M.Zeynallı qeyd edib ki, bu gün həyat yoldaşının ikinci kimyaterapiyasıdır: “Səhhəti stabil və nəzarət altındadır”.

Qeyd edək ki, jurnalist Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir və hazırda Ankarada müalicə alır. Müalicə xərclərinin qarşılanması üçün ictimaiyyətə müraciət olunub və yardım kampaniyası başlayıb. Ailənin bildirdiyinə görə, Kapital bank kartına blok qoyulduğundan vəsaitin istifadəsi mümkün olmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

44 cinayətin üstü açılıb

redaktor

Yaralı Sinvarın ölümündən saniyələr öncə PUA ilə çəkilmiş Şok videosu

admin

Əhəd Abıyev işdən çıxarıldı

admin