28 C
Bakı
17 Avqust 2026 19:00
DünyaGündəmHadisəSiyasət

Rusiya Xamaneiyə sığınacaq verməyə hazır olduğu bildirilib.

ABŞ Prezidenti Donald Trampın İsrailin İranın ali rəhbəri Əli Xamaneini öldürmək planına veto qoyması inandırıcı deyil.

Trampın hansı açıqlaması və ya vədi doğru çıxıb ki, bu xəbər də təsdiq olunsun. Tramp dünən söylədiyinin bu gün tam əksini söyləyir. Bir də ki, Donald Tramp Əli Xamaneini niyə qorumalıdır ki?

 

Bu arada, Rusiya mediasında Əli Xamaneinin aparat rəhbərinin müavininin Rusiya rəsmiləri ilə danışıqlar apardığı barədə başqa bir xəbər yayılıb. Danışıqlarda İranda vəziyyətin kəskinləşəcəyi halda ali dini liderin Rusiyada sığınacaq alması müzakirə olunub.

Rusiyanın Əli Xamaneiyə sığınacaq verməyə hazır olduğu bildirilib. Bunda qeyri-adi heç nə yoxdur, Əli Xamaneinin keçmiş müttəfiqi Bəşər Əsəd də Rusiyada sığınacaq alıb.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor

Tramp Cənubi Koreyadan İranla müharibədə kömək etməkdən imtina etdiyinə görə qisas alır

redaktor