25 C
Bakı
11 Avqust 2025 09:22
CəmiyyətŞou

“Cafe city” Səmradan üzr istədi: “Kahının içindəki qurdu görməmək işçilərin diqqətsizliyinin nəticəsidir”

Tacxeber.comxəbər verir ki, şirkətin yaydığı açıqlamada 15 ildən çoxdur ictimai iaşə sektorunda fəaliyyət göstərdikləri və bu sahədə böyük təcrübələri olduğu qeyd olunub.

“”Cafe city” keyfiyyət standartlarına malikdir və mütəmadi olaraq daxili prosedurlar üzrə yoxlamalar aparılır. Restoran biznesində insan amili var ki, bu da çox təəssüf ki, müəyyən problemlərə yol açır. Salatın inqredientlərinə daxil olan kahının içindəki qurdu görməmək işçilərin diqqətsizliyinin nəticəsidir. Haqlı iradınız üçün təşəkkür edirik, sizdən üzr istəyirik. Qeyd edək ki, iradınızı nəzərə alaraq sizdən hesab götürməməklə yanaşı, həmin yeməyin keyfiyyətinə cavabdeh olan iki əməkdaşı da işlərinə məsuliyyətlə yanaşmadıqlarına, keyfiyyət standartlarına uyğun davranmadıqlarına, gigiyenaya əməl etmədiklərinə görə sərt şəkildə cəzalandıraraq işdən azad etmişik. Bir daha üzr istəyir və minnətdarlığımızı bildiririk. Tezliklə yenidən sizi qonaqlarımız arasında görəcəyimizə ümid edirik” – məlumatda bildirilib.

Xatırlatma:Model Səmra Hüseynova “Cafe city”dən şikayət etmişdi. O, İtaliyaya uçan zaman Bakıda hava limanında “Cafe city”dən aldığı “Sezar roll”un içindən qurd çıxdığını bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Toyda tək olsaydım indi fatihə oxuyurdunuz”

admin

“Toplum TV” bundan sonra fəaliyyətini ölkə xaricindən həyata keçirəcək.

admin

Psixoloq gecə saatlarında Hacı Şahinin məzarı başında toplaşanlardan danışdı: “Bu, heç də hörmət nümayişi deyil”

admin