CəmiyyətDünyaİdman

Hidayət Heydərovdan gözlənilməz və sensasion məğlubiyyət

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Yarışın 3-cü günündə kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub. Bununla da o, dünya çempionatında mübarizəni erkən başa vurub.

Qeyd edək ki, 22 yaşlı Otari Kvantidze bir sıra beynəlxalq yarışda mükafatçılar sırasında yer alsa da, onun Avropa və dünya çempionatlarında hələlik titulu yoxdur. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Benqazi hücumu: Müharibə 1700 km uzağa necə çatdı?

redaktor

İranı müharibəsiz ram etmək olarmı?

redaktor

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor