CəmiyyətDünya

Dul qadınlar bir daha evlənməməlidirlər, çünki… – Baş keşiş görün nə dedi

Ərini itirmiş qadınlar yenidən ailə qurmamalıdır.

Tacxeber.comxəbər verir ki, bunu baş keşiş Andrey Tkaçov bildirib.

O, nümunə olaraq Sankt Peterburqlu müqəddəs Kseniyanı göstərib. Kahinin dediyinə görə, o, ərinin ölümündən sonra “ürəyini onunla birlikdə basdırıb” və özünü tamamilə Allaha həsr edib.

Keşişin fikrincə, əsl dul qadın artıq “makiyaj etməyən” və yeni evlilik axtarmayandır.

O deyib ki, müqəddəslər müxtəlif formalarda olurlar. Lakin onun fikrincə, “hər şey inkişaf edir” və “müqəddəs kosmonavt” hələ də peyda olacaq.

Qeyd edək ki, Tkaçov əvvəllər hökuməti uşaqsız kişiləri vergiyə cəlb etməyə çağırıb. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Yaxşı oyun olacağına inanıram” – “Sabah”ın futbolçusu

admin

İsrail mütəxəssisləri Azərbaycanın tarixi abidələrini araşdırıblar

admin

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor