DünyaGündəmHadisəMuharibəSiyasət

Yaxın Şərqdə təhlükəli gedişat: Liderlərin məsuliyyətsiz siyasəti bizi yeni bir fəlakətə sürükləyir

Yaxın Şərqdə təhlükəli gedişat: Liderlərin məsuliyyətsiz siyasəti bizi yeni bir fəlakətə sürükləyir

İsrailin bu gün İrana qarşı həyata keçirdiyi hücum, regionda gərginliyin kritik həddə çatdığını göstərir. Təəssüf ki, bu vəziyyət, hər iki tərəfdə qərarverici mövqedə olan liderlərin kompromisə deyil, konfrontasiyaya üstünlük verməsinin nəticəsidir.

 

Baş nazir Netanyahu son illərdə milli təhlükəsizlik məsələlərini absurda daşıyaraq dialoq və diplomatiya imkanlarını arxa plana atıb. Münaqişəni hərbi yolla həll etmək cəhdləri isə bölgədə sabitliyi daha da sarsıdır.

Eyni şəkildə, Ayətullah Xameneyinin sərt ideoloji mövqeyi və regional təsir dairəsini genişləndirməyə yönəlik siyasəti, İran xalqını iqtisadi və siyasi təcridə sürükləyib. Onun rəhbərliyi altında rəsmi Tehran sülh dialoqlarına açıq olmaqdan çox, mübarizə ritorikasına üstünlük verib.

Sülh bu coğrafiyanın lüksü deyil – yaşamaq haqqıdır. Liderlər savaş təbliğatı ilə öz siyasi ömrünü uzatmağı düşünərkən, xalqların ödədiyi bədəl getdikcə artır.

 

Elman Fəttah

Tacxeber.com

Oxşar xəbərlər

Paris merinin erməni əsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib

redaktor

Medianın İnkişafı Agentliyi qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməyə başlayıb

admin

Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir

redaktor